Qızıl və gümüşün qiyməti ucuzlaşdı

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti (iyun müqavilələri üzrə) 0,26% azalaraq, 2,037.60 ABŞ dollarına bərabər olub.

Yenicag.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti (iyul müqavilələri üzrə) isə 0,22% azalaraq, 25.84 dollar təşkil edib.