Qızıl və gümüşün ucuzlaşması davam edir

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,12% azalaraq, 1 946,6 ABŞ dollarına bərabər olub.

Yenicag.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti isə 0,34% azalaraq, 22,74 dollar təşkil edib.