Qızıl və gümüşün ucuzlaşması davam edir

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti (iyun müqavilələri üzrə) 0,18% azalaraq, 2,016.80 ABŞ dollarına bərabər olub.

Yenicag.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti (iyul müqavilələri üzrə) isə 0,94% azalaraq, 24.20 dollar təşkil edib