Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

“Qızılağac”da qanunsuz ov edən saxlanıldı

Qanunsuz ov edən şəxs cərimələnib.

DİN-dən Yenicag.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən sentyabrın 19-da Lənkəran rayonunda “Qızılağac” qoruğunun ərazisində qanunsuz ov etdiyinə görə Masallı rayon sakini Muxtar Orucov saxlanılıb. Ondan müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “Baykal” markalı ov tüfəngi, 13 ədəd patron, 9 ədəd giliz, 1 ədəd kəmər (patron qatarı) və 4 ədəd çöl quşu götürülüb.

M.Orucov barəsində İnzibati Xətalar Məcəlləsinin 272-ci maddəsi (balıq və digər su bioresurslarının mühafizəsi və ov qaydalarının pozulması) ilə protokol tərtib edilib.

www.yenicag.az

5944
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM