!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Qızılın bahalaşma proqnozu: "İnvestorlar üçün onun qiymətini izləmək..."

!Reklam – Yazi

Dünya iqtisadiyyatında davam edən inflyasiya və tənəzzül riski, demək olar ki, bütün aktivlərdə qiymətlərin müəyyən edilməsini çətinləşdirməkdədir.

Yenicag.az xəbər verir ki, iyul ayı üçün mərkəzi bankların baş tutacaq iclasında alınacaq qərarlar investorları ehtiyatlı olmağa məcbur edir. Çünki investorlar bazarlarda risk hallarının artmasından narahatdırlar.

Mövcud vəziyyətdə dünya bazarında qızılın bahalaşmasına toxunan “Lin Asset Management”in təsisçisi Çen Linin sözlərinə görə, qızılın qiymət artımı investorların marağına səbəb olsa da, qızılla maraqlanmayan investorlar üçün onun qiymətini izləmək yaxın bir neçə həftə və ya ayda bazardakı vəziyyətə dair müəyyən istiqamət verə bilər. Çünki tənəzzüldən çıxış hallarında qızıl qalxır, sonra isə iqtisadiyyat yaxşılaşır.

Çen Lin açıqlamasında, “Düşünürəm ki, bir gün FED yanıb-sönəcək. Deyəcəklər ki, biz daha bu cür sıxışdıra bilmərik. O zaman qızıl çox kəskin yüksələcək. Bu halda, biz tənəzzüldən çıxmağa başlayacağıq”, – deyə bildirib.

Gülşən Şərif

www.yenicag.az

185
Ads
www.veteninfo.com
!Reklam – Arxiv