Qızılın qiyməti 1 950 dollardan aşağı səviyyədə qərarlaşdı

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,3% artaraq, 1 948,4 ABŞ dollarına bərabər olub.

Yenicag.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti isə 0,43% artaraq, 23,34 dollar təşkil edib.