Qızılın dünya qiyməti rekord həddə yüksəlib.
Ekspertlər bildiriblər ki, son aylarda qiymətli metal Çin istehlakçılarının fenomenal alışları fonunda “ikinci nəfəs” qazanıb.
Məlumata görə, sarı metalın bir troya unsiyası (təxminən 31,1 qram) 2 141 dollara (3 639 manat) çataraq, ötən ilin dekabrında müəyyən edilmiş 2 135 dollar (3 629 manat) rekordunu qırıb.
Mənbə: Financial Times