Qızılın qiyməti rekord səviyyədə

Qlobal bazarlarda qızılın unsiyasında artımın davam etməsi qramının qiymətini rekord səviyyəyə çatdırıb.

Yenicag.az “Odatv”yə istinadən bildirir ki, yeni həftənin ilk hərraclarında spot bazarda qızılın unsiyası 1809 dollar təşkil edib. Bu isə iyuldan etibarən qeydə alınan ən yüksək səviyyə kimi qiymətləndirilir.

“ABC Refinery Qlobal Korporativ Bazarlar” rəhbəri Nikolas Frappelin şərhinə görə, Çinin epidemiya tədbirlərini yumşaltması ilə bağlı həyata keçirdiyi tədbirlər qızılın qiymətinin bahalaşmasına səbəb olub. Bu tədbirlər çərçivəsində dolların qiyməti isə aşağı düşüb.

Gülşən