Qızılın qiyməti ucuzlaşdı

“Comex” birjasında (Nyu-York ticarət birjasının bölməsi) qızılın troy unsiyasının qiyməti 2,39 faiz ucuzlaşıb.

Yenicag.az xəbər verir ki, qızılın troy unsiyasının qiyməti 1 899 dollara düşüb.

Qeyd edək ki, son dəfə qızılın bir troy unsiyasının qiyməti iyulun 26-sı 1 900 dollar səviyyəsindən aşağı olub.