Qızını baş nazirin müavini təyin etdi

109353_res_01Dariqa Nazarbayeva Qazaxıstanın baş nazirinin müavini təyin edilib.

Yenicag.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə fərmanı Dariqanın atası, prezident Nursultan Nazarbayev bu gün imzalayıb.

Məlumatı Qazaxıstan Prezident Administrasiyası yayıb.

D.Nazarbayeva 1963-cü ildə anadan olub. Moskva Dövlət Universiteteinin tarix fakültəsini bitirib. Siyasi elmlər doktoru olan xanım Nazarbayeva 2012-ci ildə Qazaxıstan parlamentinə, iki il sonra vitse-spiker seçilib.