“Ər-arvaddır, bir-birlərini başa düşmürlər, bir-birlərinə vaxt veriblər”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova qızı Aysunun boşanması ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlərə yazılan müxtəlif rəylərə reaksiya verərkən deyib.
Rusiyada yaşayan Rəqsanə insanlara səslənib:
“Hər kəsin ailəsində problem, çətinlik, dava da olar, söz-söhbət də. O demək deyil ki, kimsə boşandı, ailəsi dağıldı. İnsandır, bəlkə elə 5-10 gündən sonra barışacaqlar? Bilmirik, sabah nə ola bilər?
Ər-arvaddır, Aysunun öz ağlı, öz fikirləri, qucağında altıaylıq uşağı var. Öz qərarlarını səndən, məndən yaxşı bilir. Kimin ailəsi dağılmır ki?! Ər-arvaddırlar, bir-birlərini başa düşmürlər, bir-birlərinə vaxt veriblər. Bir-birimizə hörmət etməliyik”.
Nehru