Qızının zənginə cavab versəydi, ölməyəcəkdi

Türkiyədə ər arvadı və qayınanasını öldürüb.

Yenicag.az xəbər verir ki, cütlük boşanma ərəfəsində olub.

Mehmet Reşit Çelik adlı şəxs əvvəlcə 2 ildir ayrı yaşadığı arvadının evinə yollanıb. O, həmin vaxt evdə olan qayınanasını güllələyərək öldürüb. Hadisə Reşit Çelikin 15 yaşlı qızının gözləri önündə baş verib.

Həmin vaxt Reşitin arvadı evdə olmayıb. Bu zaman qızı anasına evə gəlməməsi üçün  zəng edib. Lakin ana övladının telefonuna cavab verməyib. Nəticədə cani ər arvadı ilə yolda rastlaşıb və onu da eyni üsulla vurub. Qadın xəstəxanaya çatıdırılsa da, onun həyatınıı xilas etmək mümkün olmayıb.

COP29