Qızla oğlan əl-ələ gəzə bilməz – Qadağa

image36376715Türkiyənin ali dini qurumu olan Diyanət Vəqfi bildirib ki, nişanlı cütlüklər əl-ələ gəzə, eləcə də nişanlı olduqları müddətdə birlikdə uzun zaman keçirə bilməzlər.

Bu barədə “Hurriyet” qəzeti xəbər yayıb.

Diyanət Vəqfi bildirir ki, cütlüklərin valideynlərin icazəsiylə, yaxud onlardan xəbərsiz görüşməsi arzuolunmaz insidentlərə – eşqbazlığa, birgə yaşayışa, yaxud bir-birilə baş-başa qalmağa yol aça bilər. “Bu isə söz-söhbət yaradır. İslam əl-ələ tutmağı da qadağan edir”-qərarda deyilir.

Dəyanət Vəqfi cütlükləri nişanlı olduqları müddəti İslam normalarına uyğun başa vurmağa çağırır, həmçinin onları rəsmi nikah kəsilmədən kəbinlə yaşamaqdan çəkindirir.

Daha öncə Diyanət Vəqfinin tualet kağızından istifadə, alkoqollu məhsullarla bağlı qərarları mübahisə doğurub.(Azvision)