Qızqaçırmaya görə cəza sərtləşdirildi: 10 ilə qədər həbs

Keçmiş ənənələrə əsaslanaraq, evlənmək üçün qız qaçırmağın cəzası ağırlaşdırıldı.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Qırğızıstanda zorla evlənmək üçün qız qaçırmağa görə müəyyən edilmiş cəza bir qədər də sərtləşdirilib.

Bu barədə məlumatı açıqlayan Qırğızıstanın “Dünya qadın bankı” hüquq-müdafiə təşkilatının lideri Gülsana Abıtovanın sözlərinə görə, qız qaçıranları artıq 7-10 ilə qədər həbs cəzası gözləyir.

Bundan başqa, həmin işə qol qoyanlar 200 min som (3 min dollar) məbləğində cərimə ödəməli olacaqlar.

COP29