!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qladiator Debatları yekunlaşdı

!Reklam – Yazi

10904357_713521888746791_1842491680_nQladiator Debatları layihəsinin nəticələri artıq məlumdur. Belə ki,   adıçəkilən layihənin bağlanış mərasimi Sumqayıtın Tarixi Muzeyində qeyd olunub.

Azərbaycanın və Şərqin İlk Milli Debat Formatı Qladiator Debatları ilə Ritorika Universal Klubunun əməkdaşlığı sayəsində həyata keçirilən “SDU I Qladiator Debatları Kolizeyi” layihəsinin bağlanış mərasimi Sumqayıt Gənclər və İdman Baş İdarəsinin rəisi Elşən Baxşəliyevin və  Sumqayıt Dövlət Universiteti “Azərbaycan tarixi” kafedrasının Baş müəllimi Elmar Xəlilovun iştirakı ilə baş tutub.

İki ay müddətində keçirilən layihədə Sumqayıt Dövlət Universitetinin II kurs tələbəsi Aynurə Fərhadova çempion olaraq kubok, medal və diplomla,  birinci ən yaxşı natiq Orxan Sadiq,  ikinci ən yaxşı natiq İbrahim Zeynallı, üçüncü ən yaxşı natiq Teyyub İskəndərov isə medal, diplom və sertifikatla təltif olunub. Layihədə xüsusi əməyi keçən Pərvin Qocayeva, Elvin Gülməmmədov,  Samir Aslan, Bəhruz Bayramov, Zaur Quliyev təşəkkürnamə ilə, digər tələbələr isə sertifikat ilə mükafatlandırılıb.

Qeyd edək ki, layihə Sumqayıt Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti Tələbə Həmkarlar Təşkilatı və Sumqayıt şəhər Gənclər və İdman baş İdarəsinin təşkilati dəstəyi ilə keçirilib.

 

Samir Aslan

www.yenicag.az

558
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv