Asiya fond bazarlarında satışların azalması fonunda Honkonqa məxsus “Hang Seng” indeksi müsbət tendensiyayla irəliləməyə davam edir.
Yenicag.az dünya mediasına istinadən xəbər verir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) sabah açıqlayacağı faiz qərarından öncə qlobal bazarlarda artan volatillik Asiya birjalarına da təsir edib.
Həmçinin analitiklər Çində daşınmaz əmlak sektorunun böyüməsi yönümündə əngəllərin davam edəcəyi ilə bağlı narahatlıqların artdığını bildiriblər. Hökumətin də siyasi təşviqlərinin əvvəlki kimi böyük olmadığının düşündüklərini də qeyd ediblər.
Şərqdəki iqtisadi yeniliklərdən biri də gündəmdə olan Çinin daşınmaz əmlak şirkəti “Country Garden” 7 ədəd istiqraz dövriyyəyə buraxması üçün kreditorların geri ödəmələrini 3 il müddətinə uzatmağa razılaşdığını açıqlayıb. Bundan bir müddət sonra adı açıqlanmayan digər kreditorun da müddəti uzatmağa razılaşdığını bildirib.