Qlobal bazarlarda MƏNFİ TENDENSİYA: FED faiz dərəcələrini nə vaxt azaldacaq?

ABŞ Federal Ehtiyat Sisteminin (FED) sərt pul siyasətini davam etdirəcəyinə dair məlumatlar əmək bazarında narahatlıqların artmasına yol açıb.

Yenicag.az “Habertürk”ə istinadən xəbər verir ki, FED-in qeyd olunan siyasəti fonunda qlobal bazarlarda mənfi tendensiya artmaqdadır.

ABŞ mənbələrinin açıqladığı məlumatlara görə, bu ilin avqustunda JOLTS vakansiyalarının sayı iyul ayı ilə müqayisədə 690 minlik artımla 9 milyon 610 minə yüksələrək bazar proqnozlarını aşıb.

Analitiklər bildiriblər ki, bu, FED-in sərt pul siyasətinə baxmayaraq, açıq iş yerlərinin sayının artması bu seqmentin əmək bazarında öz dayanıqlı mövqeyini qoruyacağının göstəricisidir.

Qeyd edilir ki, FED-in rəhbəri Rafael Bostik bankların faiz dərəcələrini uzun müddət yüksək saxlamalı olduğunu bildirsə də, o, 2024-cü ildə faiz dərəcəsinin azaldılacağını proqnozlaşdırıb.