Qlobal bazarlarda tənəzzül riski qalmaqdadır

Avro bölgəsində tənəzzül gözləntiləri artır.

Yenicag.az “Milliyet”ə istinadən bildirir ki, Çində istehsal və istehlakla bağlı son proseslər iqtisadi tənəzzüllə bağlı narahatlıqları artırıb.

İyul ayında ABŞ-də illik inflyasiya səviyyəsinin 8,7 faizlik göstəricisi isə FED-in qarşıdakı aylarda faiz artımlarını azaldacağı ehtimalını artırıb. Hazırda Çin Xalq Bankı gözlənilmədən faiz dərəcələrini 10 baza bəndi endirib.

Koronavirus epidemiyasına qarşı “sıfır tolerantlıq” siyasəti həyata keçirən Çin bu tədbirlərə görə iqtisadi tənəzzül riski ilə üzləşib.

Bu səbəbdən dünya üzrə mərkəzi banklar, xüsusilə FED faiz artırarkən, Çində bu il ikinci dəfə faiz endirimi baş tutub. Nəticədə “Brent” markalı neftin bir barelinin qiyməti kəskin ucuzlaşaraq 93 dollara düşüb.

Gülşən