Qlobal bəlalardan smartfon bazarı da payını aldı: Nəzərəçarpacaq AZALMA

Bu il qlobal smartfon tədarükünün 6,5 faiz azalacağı gözlənilir.

Yenicag.az “NTV”yə istinadən xəbər verir ki, bu gün dünyada 1 milyard 270 milyon smartfon istehsal olunur.

ABŞ-də yerləşən bazar araşdırması şirkəti “International Data Corporation” tərəfindən verilən açıqlamaya görə, 2022-ci ildə smartfon tədarükünün 6,5 faiz azalaraq 1,27 milyard ədədə çatacağı gözlənilir. Çünki inflyasiya, geosiyasi gərginliklər və istehlakçı tələbini ciddi şəkildə azaldan səbəblər smartfona olan marağı azaldıb. Enişin qısamüddətli olduğu vurğulanan açıqlamada bazarın 2023-cü ildə 5,2 faiz illik artımla toparlanacağı proqnozlaşdırılır.

Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatlarına görə, yanvar-iyul dövründə istehsal edilən mobil telefonların sayı illik bazda 3,6 faiz, ixrac isə 11,5 faiz azalıb. İlk 7 ayda 665 milyonu ağıllı telefon olmaqla, cəmi 863 milyon ədəd cib telefonu istehsal edilib, bunun 470 milyonu xaricə ixrac olunub. İstehsal edilən smartfonların sayı ötən illə müqayisədə 2,9 faiz azalıb.

Gülşən