“Qlobal Foruma ev sahibliyi etdiyinə görə Azərbaycana minnətdarıq” – İsrail səfiri

“Qlobal Bakı Forumunun keçirilməsi aktual məsələlərin həllində Azərbaycanın rolunun vacibliyini nümayiş etdirir”.

Yenicag.az xəbər verir ki, bunu Report.az-a açıqlamasında İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.

Səfir dünyanın hər yerindən liderləri bir araya gətirən bu forumu keçirdiyinə görə Azərbaycana təşəkkür edib: “Burada İsrailin bəzi tanınmış nümayəndələri də iştirak edir. Biz bu tədbirin keçirilməsinin vacibliyini anlayırıq.

O əlavə edib ki, Bakı Forumunda İsrailin kəşfiyyat naziri Qila Qamliel də iştirak edəcək: “Bu, həm də İsrail üçün vacib forumdur. Bu tədbir zamanı siyasi, ekoloji, təhlükəsizlik və s. sahələrlə bağlı aktual məsələləri müzakirə etmək olar”.