!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qlobal iqtisadi böhran gözləntiləri: "Liberal bazar dəyərlərini qurmadan..."

!Reklam – Yazi

“BMT-nin İnkişaf Departamentinin sədri Davos forumunda çıxışında bildirdi ki, Rusiyanın Ukraynaya təcavüzü nəticəsində 60-70 ölkə aclıqdan, yoxsulluqdan əziyyət çəkəcək”.

Bu fikirləri qlobal böhran gözləntiləri fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlılığı və mövcud problemlər haqqında danışan sabiq millət vəlkili, iqtisadçı Nazim Bəydəmirli Yenicag.az-a açıqlamasında səsləndirib.

Nazim Bəydəmirli bildirib ki, rəqabət mühitini təmin etmədən, liberal bazar dəyərlərini qurmadan heç nəyə nail olmaq olmaz:

“Böhran iqtisadiyyata mənfi təsir göstərir. Həmçinin istehsal sahələrinin dayanması, bahaçılıq, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi, infliyasiya kimi mənfi tendensiya gətirir. Böhrandan əvvəlcədən danışmağın tərəfdarı deyiləm. Əgər belə danışılırsa, indiyənə qədər açıqlanan rəqəmlərin nə qədər həqiqət olduğunu şübhə altına alır. Pandemiyadan sonra iqtisadi inkişaf bir qədər sürətləndi, dünya üzrə 5-6 faizə qalxdı. ABŞ və onun tərəfdaşlarının iqtisadi inkişafına uyğun olaraq dünyada iqtisadi inkişaf baş verdi. Ancaq bu sürətlənmə Beynəlxalq Valyuta Fondunun və digər quruluşların proqnozlarına görə, biraz yavaşlayacaq. Sürətin 2-3 faizə enəcəyi proqnozlaşdırılır.

BMT-nin İnkişaf Departamentinin sədri Davos forumunda çıxışında bildirdi ki, Rusiyanın Ukraynaya təcavüzü nəticəsində 60-70 ölkə aclıqdan, yoxsulluqdan əziyyət çəkəcək. Artıq bir neçə ölkədə bu baş verdi. Şri-Lanka buna nümunədir. Bu ölkələr ərzaq təminatını, əsasən, Rusiya və Ukraynadan təmin edirdi. Ola bilər ki, bizim rəsmilər də dünyada gedən bahalaşma fonunda böhranın gözlənildiyini deyirlərsə, deməli, hökumətin əlində çox da resurs yoxdur ki, insanları təmin edə bilsin.

Bütün bu problemlərin kökündədayanan başlıca səbəbi açıqlanmır. Görünən odur ki, məmur sahibkarlığını dayandıra bilmirlər.

Görünən odur ki, monipoliyalaşma yenə davam edəcək. Rəqabət mühitini təmin etmədən, liberal bazar dəyərlərini qurmadan heç nəyə nail olmaq olmaz”.

Səxavət Məmməd

www.yenicag.az

730
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv