!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qlobal nüfuz savaşı və rus-türk münasibətlərinin ağır sınaq dövrü

!Reklam – Yazi

xariciislerDanışıqlar masasında Hələb və PYD məsələləri müzakirə edildi

Bu gün Suriya böhranın həlli üçün 3 böyük dövlətin – Rusiya, Türkiyə, İranın Xarici işlər və Müdafiə nazirləri Moskvada görüşdülər. Görüşə saatlar qalmış Rusiyanın Ankara səfiri Karlov öldürülsə də, iclas təxirə salınmadı.

Türkiyənin Xarici işlər naziri sui-qəsdin olduğu vaxt artıq Moskvaya yola düşmüşdü. Çavuşoğlu Moskvaya çatan kimi hadisə ilə bağlı açıqlama verərək, səfirə edilən hücumun Türkiyə və Rusiya əməkdaşlığını hədəfə aldığını söylədi.

Xatırladaq ki, görüş dekabrın 27-cinə planlaşdırılsa da, Rusiyanın istəyinə əsasən, bu günə təyin edildi. Türkiyənin müdafiə naziri Fikri Işık da rus həmkarı Sergey Şoyqunun dəvətilə Moskvaya gəldi.

Bu 3 ölkə arasında Hələbin azad olunması ilə bağlı tez-tez telefon danışıqları həyata keçirilirdi. Ancaq görüşün gündəmində bu məsələdən başqa problemlərin müzakirəsi yer aldı. Rəsmi Moskva, Ankara və Tehran Suriya böhranının ümumilikdə həll imkanlarına nəzər yetirdilər. Ötən həftə Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu bütün Suriyada atəşkəsin diplomatik həlli yollarını müzakirə edəcəklərini bildirmişdi.

Rusiya Xarici işlər nazirinin müavini Mixail Boqdanov, “Sputnik” xəbər agentliyinə görüşün vaxtı ilə əlaqədar açıqlama verəndə məhz bu məsələlərin həllinə diqqət çəkmiş, vəziyyətin hərtərəfli müzakirəsinə ehtiyac olduğunu qeyd etmişdi.

Tramp qeyri-müəyyənliyi kölgəsində üçlü görüş

Suriya gələcəyi müzakirə olunana bu görüşdə Amerika iştirak etmir. İclas ABŞ-ın yeni prezidenti Donald Trampın postuna keçməsindən əvvəl baş tutdu. Trampın Suriya məsələsində hansı siyasəti yürüdəcəyi tam məlum deyil, bununla belə yeni rəhbərliyin Rusiya ilə yaxınlaşacağı və İran əleyhinə addımlar atacağı gözlənilir. Obamadan fərqli olaraq Tramp, Suriyada Türkiyənin lap əvvəldən yaradılmasını istədiyi təhlükəsiz bölgələrə müsbət yanaşır. Belə ki, o, seçkilərdən əvvəl qeyd etmişdi:

“Suriyada təhlükəsiz bölgələr yaratmalı və insanları orada təhlükəsiz həyatla təmin etməliyik. Bunun pulunu isə Körfəz ölkələrinə ödətməliyik”.

Məlumdur ki, Obama hakimiyyəti dövründə PKK-nın Suriya qolu olan PYD-yə ABŞ tərəfindən dəstək verilib. Trampın bu məsələdə hansı dəyişikliklər edəcəyi də hələlik, qeyri-müəyyəndir.

Beləliklə, ABŞ-ın Suriya siyasətinin dəyişdiyi dövrdə, Rusiya bölgənin ən mühüm gücləri olan Türkiyə və İran vasitəsilə Orta Şərqdəki mövcudluğuna zəmanət almağa çalışır.

Qeyd edək ki, görüşdə yalnız Suriya böhranı yox, həmçinin İraqla bağlı digər məsələlərin də müzakirə edilməsi gözlənilir.

“Türkiyəni razısalma görüşü”

İstanbul Texniki Universitetinin Rusiya sahəsi üzrə eksperti, doktor Fatih Özbay bu iclası “Türkiyəni razısalma görüşü” adlandırıb. O, söyləyib:

“Rusiya və İran Türkiyəyə deyəcək ki, Suriyada rejim güclənib və bu güc davamlı olacaq. Birinci bunu qəbul et, daha sonra isə istəsən Şimali Suriyada irəliləyə bilərsən, çətinlik yaratmayacağıq”.

“”Fərat Qalxanı” əməliyyatı davam edəcək””

Türkiyənin Xarici işlər naziri Moskvada üçtərəfli görüşün keçiriləcəyini açıqlayanda Fərat qalxanı əməliyyatı çərçivəsində türk əsgərinə qarşı hücumların olmaması üçün hamıya xəbərdarlıq etmişdi:

“Əməliyyat davam edir. Bəs Əl-Babdan sonra nə olacaq? Əl-Babdan sonra Münbiçə doğru yönələcəyik”.

Özbayın fikrincə, görüşün bir məqsədi də Türkiyənin haraya qədər irəliləyəcəyini öyrənmək də ola bilər. Çünki Türkiyəni razı salmağı bacarsalar belə, bu ölkənin açıqlamaları bəzən Rusiya və İranı təəccübləndirir. Yəni Türkiyənin addımlarını proqnozlaşdırmaq mümkün olmur.

İran və Rusiyanın PYD-yə münasibəti

Əslində, bu üç ölkənin hər biri Suriyanın ərazi bütövlüyünün təmin olunmasında maraqlıdır. Dolayısı ilə gələcəkdə PYD-nin Suriyadakı varlığına qarşı ehtiyatlı olmaq lazımdır. PYD Türkiyənin milli təhlükəsizliyinə müəyyən qədər təhlükə yaradır, buna görə də məsələ birinci növbədə Türkiyənin diqqət mərkəzindədir. Lakin Rusiya və İran üçün ilk olaraq Suriyada rejimin davamlılığını təmin etmək vacibdir.

Özbayın fikrinə görə, Rusiya nə vaxtsa kürd dövlətinin yarana biləcəyini düşünür. Bu kartdan gələcəkdə də istifadə etmək istədiyinə görə onu əldən vermək istəmir. Bununla belə Rusiya PYD və ABŞ arasındakı sıx əməkdaşlıqdan narahatdır. Həmçinin, rəsmi Moskva Ankara ilə yaxşılaşan münasibətlərin qorunması üçün PYD-yə soyuq davranmağı üstün tutur.

Moskva və Tehran eyni fikirdə deyil

İranın xarici siyasətdə kəskin qırmızı xətlərinin olmasına baxmayaraq, Rusiyanın xarici siyasəti çoxistiqamətlidir. Rusiyanın beynəlxalq müstəvidə iqtisadi, hərbi və digər sahələrdə dəstək əldəetmə imkanları da olduqca genişdir. Suriya rejimində və rejimi dəstəkləyən qruplarda müəyyən qədər anti-İran ab-havası yaranıb. Rusiya diplomatik manevrlər edə bilər, problemə daha praqmatik həll yolları təklif edə bilər, ancaq İran üçün siyasi ehtiraslar daha ön plandadır. Belə ki, İranda bir sıra qüvvələr düşünür ki, devrilən Əsədi onlar xilas edib, Hələb kimi əhəmiyyətli şəhərləri onlar ələ keçirib, bəs indi niyə dayanmalıdırlar?

Yenicağ.az

www.yenicag.az

698
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv