Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qlobal savaşın “Afrika teatrı”: Böyük güclər “qara qitə”də toqquşur

Rusiya və Çin Afrikada özlərinin hərbi kontingentini artırııblar. ABŞ isə Afrikada yerləşdirdiyi qoşunlarının bir hissəsini oradan çıxararaq, digər regionlara göndərəcəyini bəyan edib.

Mərkəzi Afrika Respublikasında (MAR) hökumət və qiyamçılar arasında müharibənin şiddətləndiyi bir vaxtda Rusiya bu münaqişədə zərər çəkən insanlara həm hərbi, həm də humanitar yardım göstərməklə, həmin ölkədə aktivliyini artırıb. Dənizə çıxışı olmayan MAR-ın xüsusi təhlükəsizlik məsələləri üzrə müşaviri olan Rusiyalı Valeri Zaxarov “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib ki, “sülh əldə etmək çətindir, münaqişənin asan həll yolu yoxdur və iki ölkə əməkdaşlıq şəraitində bu çətinlikləri aradan qaldıra bilər”.

Moskvanın bu Afrika ölkəsində həyata keçirdiyi fəaliyyət ABŞ və müttəfiqləri tərəfindən şübhə ilə qarşılanır. Lakin Birləşmiş Ştatlar və müttəfiqləri MAR-da uzunmüddətli böhranın aradan qaldırılmasında həlledici rola malik deyillər. Rusiya Xarici İşlər Nazirliyi bu ilin oktyabr ayında Fransanın MAR-dakı vəziyyətə görə Moskvaya ünvanladığı ittihamlara cavab olaraq bildirib ki, “bəzi ölkələrin Rusiyaya qarşı bu mövqeyi Rusiyanın apardığı nizamlama prossesinə həsəd apardıqlarını göstərir”. Rusiya Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov isə jurnalistlərə bildirib ki, “Rusiya MAR-a nə qədər lazımdırsa, hərbi dəstək verəcək”.

Rusiya MAR-da təhlükəsizliyi təmin etmək üçün bu ölkəyə 175 hərbi və mülki müşavir göndərib. Rusiyanın sözügedən ölkədəki fəaliyyəti bununla məhdudlaşmır. Ölkədə ara verməyən toqquşmalar təbii ehtiyatlarla zəngin olan MAR-da həyatın normal məcraya düşməsinə imkan vermir. Braun Universiteti Beynəlxalq İctimaiyyətlə Əlaqələr üzrə Vatson İnstitutunun hazırladığı “Müharibənin fəsadları” adlı hesabatda MAR BMT-nin “İnsan inkişafı göstəricisi”nin ən aşağı olduğu 26 ölkədən biri kimi göstərilib. Həmin 26 ölkədə davam edən toqquşmalar nəticəsində yarım milyon insanın həlak olduğu bildirilib.

Noyabrın 15-də Pentaqon “Milli Müdafiə Strategiyasının göstərdiyi prioritetlərə dəstək olaraq ABŞ ordusunun Afrika Komandanlığının tərkib hissəsi Əks-Zorakı Ekstremist Təşkilatının şəxsi heyətinin yenidən qurulması” adlı sənədi açıqladı. Adıçəkilən sənəddə Rusiya və Çinin Afrikada apardığı əməliyyatlara dair narahatlıq ifadə olunub. Pentaqon bəyan edib ki, ABŞ ordusunun Afrika Komandanlığında xidmət edən 7 min 200 hərbiçinin 10 faizi ixtisar olunacaq. ABŞ-ın Afrikadakı hərbi kontingentinin əsas hissəsi Cibutidə yerləşdirilib. Lakin Cibutidə ABŞ-dan başqa, Çinin də hərbi kontingenti mövcuddur. Adıçəkilən ölkədə 2017-ci ildə hərbi baza yaradan Çin bu ölkənin silahlı qüvvələrinin təkmilləşməsində mühüm rol oynamaqdadır. ABŞ Çinin Afrikadakı bu aktivliyini özünə qarşşı təhdid kimi gördü və “qara qitə” ölkələrini Pekinlə əməkdaşlıqdan çəkinməyə çağırdı.

Noyabrın 20-də Florida ştatından seçilmiş respublikaçı senator Marko Rubio (Marco Rubio) və Delaver ştatından seçilmiş demokrat senator Kris Kunun (Chris Coon) ABŞ müdafiə naziri Ceymis Mettis (James Mattis) və dövlət katibi Mayk Pompeoya (Mike Pompeo) məktub ünvanlayaraq, Cibutidəki “Doraleh” konteyner terminalının Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nəzarətindən çıxaraq, Çinin əlinə keçməsində ciddi narahatlıq bildirilib. Senatorlar müdafiə naziri və dövlət katibini bu hadisəni ciddi siqnal kimi qəbul etməyə çağırıblar.
Tom Okonor (Tom O’Connor)
“Newsweek”

Loading...

www.yenicag.az

3211
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100