Qlobal ticarət artımında son vəziyyət: ÜTT hesabat verdi

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) qlobal ticarət artımının durğun olduğunu açıqlayıb.

Yenicag.az “Paraanaliz”ə istinadən bildirir ki, bu barədə Qlobal Mal Ticarət Barometrinin avqust hesabatında məlumat verilib.

Hesabatda qeyd olunub ki, qlobal mal ticarəti 2022-ci ilin ikinci rübündə böyüməyə davam edib. Buna baxmayaraq, artım tempi birinci rüblə müqayisədə daha zəifdir.

Hesabatda Ukraynadakı münaqişə səbəbindən ticarətin təzyiq altında qaldığı qeyd olunmaqla yanaşı, Çində “COVID-19” epidemiyası fonunda karantin tədbirlərinin ləğvi dəstəklənib.

ÜTT hesabatında ötən ilin son rübündə 5,7 faiz olan qlobal ticarət artımının bu ilin birinci rübündə 3,2 faizə endiyi qeyd edilib.

Gülşən