Qlobal valyutalarda tənəzzül riski davam edir

Dolların qlobal valyutalar qarşısında zəifləməsi avro/dollar paritetinə təsirsiz ötüşməyib.

Yenicag.az “Sozcu”yə istinadən bildirir ki, ixracatçılar 2022-ci il ərzində Avropadakı paritetdəki vəziyyəti və tənəzzülü mənfi qiymətləndiriblər. Lakin dolların sonunun yaxınlaşmasına baxmayaraq, qarşıdakı dövrdə həm FED, həm də Avropa Mərkəzi Bankının (AMB) faizləri artıracağı proqnozlaşdırılır. Çünki faiz fərqi dolların xeyrinə işləyir.

Ekspertlərə görə, bölgədəki tənəzzül riskləri Avropa Mərkəzi Bankı üçün daha çətin vəziyyət yaradır. Belə ki, avro bölgəsində inflyasiyanın iki rəqəmli artmağa davam etməsi sərtləşmə dövrünün daha uzun müddət davam etməsinə təkan verə bilər. Nəticədə, bir il sonra Avropa Mərkəzi Bankı faiz dərəcəsini 3 faiz səviyyəsindən xeyli yuxarı qaldıra bilər.

Gülşən