QMİ sədri Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşdü

İyulun 10-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb.

Yenicag.az xəbər verir ki, əvvəlcə Qafqaz Müsəlmanları İdarəsinin sədri ilə Müqəddəs Taxt-Tacın dövlət katibi arasında təkbətək görüş keçirilib.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib.