QMİ: “Təhqir edib ədəb-ərkandan uzaq davrananlar…”

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) qurumun “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsinin izləyicilərinə xəbərdarlıq edib.

Yenicag.az xəbər verir ki, bununla bağlı idarənin “Facebook” səhifəsində məlumat paylaşılıb.

“Burada paylaşdığımız xəbər və məlumatlara şərh verərkən etik normalara diqqət etmənizi xahiş edirik. Tənqidlə təhqir arasında çox böyük fərq var. Təhqir edib ədəb-ərkandan uzaq davrananlara qarşı xəbərdarlıq edilmədən tədbir görüləcək. Allah sizi xeyirli işlərdə müvəffəq etsin”, – məlumatda qeyd olunub.