“Qobu Park-2” yaşayış kompleksində FACİƏLİ ÖLÜM

“Qobu Park-2” yaşayış massivində ölüm hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Qobu Park-2” yaşayış massivində 30 yaşlarında olan Tural Qurbanov adlı şəxs yaşadığı 20-ci binanın 8-ci mərtəbəsində iş görərkən balkondan yıxılıb.

O, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib./oxu.az