Qobustan Qoruğu açılır – Ziyarət QAYDALARI

Vətəndaşlar Qobustan Qoruğunu 10 nəfərdən artıq olmayan qruplarla ziyarət edə biləcək.

Yenicag.az xəbər verir ki, bu barədə Qobustan Milli Tarix-Bədii Qoruğundan bildiriblər.

Qeyd olunub ki, əraziyə daxil olan şəxslər sanitar qaydalara riyayət etməlidirlər:

“Qobustan Milli Tarix-Bədii Qoruğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 25 yanvar 2021-ci il tarixindən fəaliyyətini bərpa edəcək. Qoruq hər gün saat 10:00-dan saat 18:00-dək ziyarətçilər üçün açıq olacaq. Ziyarətçilər sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə riayət etməklə, 10 nəfərdən artıq olmayan qruplarla qoruğu ziyarət edə bilərlər. Qoruq ərazisinə daxil olarkən tibbi maska və digər qoruyucu vasitələrdən istifadə mütləqdir”.