Qobustanda ağır qəza – 2 ölü, 3 yaralı

Bu gün səhər Bakı – Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az-n məlumatına görə, hadisə avtoqəza Qobustan rayonu ərazisində qeydə alınıb. Baş verən qəzada iki “VAZ” toqquşub.

Nəticədə 2 nəfər ölüb, 3 nəfər xasarət alıb. Onlardan biri kişi, ikisi isə qadındır. Yaralananlar müxtəlif dərəcəli xəsarətlərlə rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.