Qobustanda ağır qəza, ölən var

Qobustan qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Mayın 19-da saat 3 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində İran vətəndaşı Abdollahi Sasan Ebrahim idarə etdiyi “Hovo” markalı yük avtomobilini qarşıda gedən Şirvan şəhər sakini Ruslan Rəhimovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub.

Nəticədə “Hovo”nun sürücüsü hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Yenicag.az