Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Qobustanda bədbəxt hadisə - 10 yaşlı uşaq 2-ci mərtəbədən yıxıldı

Qobustan rayonunda bədbəxt hadisə baş verib.

Yenicag.az xəbər verir ki, rayon sakini 2009-cu il təvəllüdlü Hüseynov Vüsal Vüqar oğlu ehtiyatsızlıq edərək iki mərtəbəli evin ikinci mərtəbəsindən yıxılıb.

Yaralı ətrafdakıların köməkliyilə Şamaxı Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Həkimlər uşağa sağ bazu sümüyünün sınığı diaqnozunu qoyublar.

Vəziyyəti orta ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır./Report/

www.yenicag.az

1678