Qobustanda iki uşaq dəm qazından zəhərləndi

Qobustan rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə Qobustan şəhərində qeydə alınıb.

Şəhər sakini, 2015-ci il təvəllüdlü Məmmədov Mehdi Mehman oğlu və qardaşı, 2009-cu il təvəllüdlü Ağa Məmmədov yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər. Uşaqlar təcili tibbi yardım stansiyasının avtomobili ilə Qobustan rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.