Qobustanda yol qəzası baş verib

Qobustanda bir nəfərin xesarət almasi ilə nəticələnən yol qəzasi bas verib. Qobustanda “MAN” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub.

Yeniçağ.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal hadisə yerinə cəlb olunan yanğınsöndürən-xilasedicilər minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

 

Yeniçağ.Az