Almaniyanın cənub-qərbində qocalar evində baş verən yanğın nəticəsində 1 nəfər ölüb, 21 nəfər yaralanıb.
Yenicag.az xəbər verir ki, yanğın şənbə günü Idar-Oberstein şəhərində başlayıb.
İlkin məlumatlara görə, bir nəfər ölüb, bir nəfər ağır vəziyyətdədir, və daha 20 nəfər yüngül xəsarət alıblar. Yanğının səbəbi hələ müəyyən edilməyib./Trend/