Qocalar evi yandı

9d11977d0457438355cab9df5f970224Çində qocalar evində baş vermiş yanğın nəticəsində 38 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Hadisə Henyan əyalətinin Pindinşan şəhərində qeydə alınıb.

Xəsarət alanların ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir. Hadisə yerində xilasedici əməliyyat davam edir. Yanğının baş vermə səbəbləri hələlik müəyyən edilməyib.