Qocalar evində yanğın – 4 nəfər ölüb

Rusiyanın Krasnoyarsk şəhərində qocalar evində baş verən yanğında 4 nəfər ölüb.

Yenicag.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yanğına görə 30 nəfər evakuasiya edilib.
Rusiyada Krasnoyarsk şəhərində qocalar evində baş verən yanğında 4 nəfər ölüb, 2 nəfər yaralanıb. 3 nəfərin taleyi isə hələlik məlum deyil.

Qeyd edək ki, qocalar evində yanğın dünən gündüz saatlarında meydana gəlib. Təqribən 200 kvadrat metr sahə külə dönüb. Yanğın söndürülüb.

Yenicag.az