!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qoçuların öldürmək istədiyi xalq artistini hansı MƏŞHUR XİLAS ETDİ? - ŞOK FAKT

!Reklam – Yazi

Bəlkə də o xanım gənc yaşlarında, hələ məşhurluğun zirvəsinə çatmadan bu həyatla vidalaşacaqdı. Amma vaxtsız ölümün caynağından qurtuldu. Onu dahi bəstəkar Üzeyir Hacıbəyli xilas etdi. Söhbət Azərbaycanın ilk opera qadın müğənnisi, SSRİ xalq artisti Şövkət Məmmədovadan gedir. Teatr Xadimləri İttifaqında SSRİ Xalq Artisti Şövkət Məmmədovanın 120 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Tanınmış teatr xadimlərinin qatıldığı tədbirdə sənətkarın keçdiyi həyat və yaradıcılıq yolunu əks etdirən sənədli film də nümayiş olunub.

Xalq artisti Azərpaşa Nemətov Ş. Məmmədova ilə bağlı maraqlı faktlar açıqlayıb:

“Şövkət xanım dahi idi, gələcək nəsillər hələ onu çox xatırlayacaq. Şövkət xanım elə bir dövrdə sənətə gəldi ki, həmin vaxt qadınların sənət aləmində olmasına pis baxırdılar. Üzeyir bəy ona çox kömək edib. Bir dəfə tamaşadan çıxanda qoçular onu öldürmək istəyib. Hətta teatrın qarşısında onu gözləyirmişlər ki, öldürsünlər. Bunu dərhal Üzeyir bəyə çatdırıblar. Tamaşadan sonra Şövkət xanımı arxa qapıdan çıxarıblar. Bununla da onun həyatını xilas ediblər”.

Cəvahir Səlimqızı
Yeniçağ.az

www.yenicag.az

555
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv