Əslən Azərbaycandan olan iş adamı Qod Nisanova məxsus Moskvadakı “Food city” satış mərkəzinin icarədarları ayağa qalxdı.
Yenicag.az xəbər verir ki, bu barədə məlumat “Şəmkir 57” “Facebook” səhifəsində yayılıb.
Qeyd olunur ki, 85 hektar ərazini tutan və Rusiyanın ən böyük ərzaq-satış mərkəzi olan “Food city”də fəaliyyət göstərən obyektlərin sahibləri icarə haqqının qaldırılmasına etiraz edirlər.