!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Qonağımız var": Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçirildi - FOTOLAR

!Reklam – Yazi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin “Qonağımız var” layihəsi çərçivəsində Lökbatanda Milli Məclisin deputatı, Xalq şairi, “Şöhrət” ordenli Sabir Rüstəmxanlı ilə görüş keçirilib.

Yenicag.az xəbər verir ki, Xalq şairi ilə görüşdə Bakı Şəhər Mədəniyyət Baş idarəsinin rəisi İbrahim Əliyev, layihə rəhbəri Nərminə Qafarlı, millət vəkilləri Aydın Hüseynov, Səbinə Xasıyeva, Azərbaycan Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlı, qəsəbə sakinləri və Qaradağ orta ümumtəhsil məktəbinin şagirdləri iştirak ediblər.

Bakı Şəhər Mədəniyyət Baş idarəsinin rəisi İbrahim Əliyev şairlə görüşə olan ciddi marağa diqqət çəkərək bu kimi görüşlərin tez-tez təkrarlanmalı olduğunu vurğulayıb, Sabir Rüstəmxanlının Azərbaycan üçün mühüm dəyər kəsb etdiyini bildirib.

Tədbirdə çıxış edən Sabir Rüstəmxanlı oxucular və sənətsevərlərlə bir araya gəlməsinə vəsilə olan təşkilatçılara təşəkkür edib.

Xalq şairi çıxışında bildirib ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 30 illik Qarabağ həsrətinə son qoyması ədəbiyyatın da yeni istiqamətə köklənməsinə şərait yaradıb. Bu mənada, özünün “Qarabağa dönüş” poemasına müraciət edən şair əsərdən parçalar səsləndirərək haqq savaşında Azərbaycana dəstək verən qardaş ölkələrlə ədəbi əlaqələrin möhkəmləndirilməsinə diqqət çəkib.

Azərbaycanın müstəqilliyi üçün milyonların küçələrə axışdığı qızğın hərəkat dövrünü xatırlayan Sabir Rüstəmxanlı o zaman da söz adamlarının cəsarətli çıxışlar edərək milləti azadlığa səslədiklərini bildirib.

Xalq şairi oxucuların suallarını cavablandırıb, ədəbiyyat, həmçinin Azərbaycan dili haqqında fikirlərini bölüşüb.

www.yenicag.az

1179
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv