UFC-də çıxış edən ABŞ ermənisi Edmen Şahbazyan avqustun 1-də Derek Bransonla döyüş öncəsi oktaqona qondarma Dağlıq Qarabağ ilə bayrağı çıxdığı üçün turnirdən qovulub.
Yenicag.az xəbər verir ki, 22 yaşlı “Qızıl oğlan” ləqəbli idmançı “UFC Fight Night 173” döyüşündə uduzub. Amma onun qaldırdığı bayraq Azərbaycan tərəfinin qəzəbinə tuş gəlib.
Azərbaycan və Türkiyə səfirlikləri, Gənclər və İdman Nazirliyi tərəfindən UFC prezidenti Deyna Uayta göndərilən məktublara cavab olaraq idmançı həm turnirdən qovulub, həm də cərimələnib. Bunu onun məşqçisi Edmond Tarverdyan deyib:
“Mənə zəng gəldi və məlumatlandırıldım ki, Rusiyadakı Türkiyə səfirliyi və Türkiyə bayraqdan şikayət edib. Onlar deyib ki, ermənilər terrorçudur və oktaqona bu bayraqla çıxmaq hüquqları yoxdur. Həmçinin Türkiyə və Rusiyadakı Azərbaycan səfirliklərindən də şikayət olunub…
UFC-nin sponsoru olan “Reebok” tərəfindən bizə çatacaq məbləğdən cərimə kimi məhrum olunduq. Təəssüf ki, Azərbaycan və Türkiyə səfirlikləri məqsədlərinə çatdılar. Bizə görə əziyyət çəkən UFC heyətindən üzr istəyirəm…”/Oxu.az/