Qondarma rejimin sabiq “müdafiə naziri” həbs olunub

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin sabiq “müdafiə naziri” Samvel Babayan həbs olunub.

Yeniçağ.az-ın məlumatına görə, sabiq “müdafiə naziri”  “İqla” zenit-raket komplekslərinin qaçaqmalçılığı üzrə cinayət işi ilə əlaqədar həbs edilib.

Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti bir müddət əvvəl Gürcüstandan “İqla” zenit-raket komplekslərinin qaçaqmalçılıq yolu ilə Ermənistana keçirilmə cəhdi ilə bağlı məlumat yaymışdı.

Yeniçağ.az