Ermənilərin böyük yalanı – Qondarma soyqırım iddialarının gerçək üzü

Ermənilərin hər zaman xəyalı ilə yaşadıqları “Böyük Ermənistan” ideyası haqqında bir çox mənbələrdə məlumat verilib. Erməni daşnak liderləri – Qara, Aralıq və Xəzər dənizi arasındakı  “Böyük Ermənistan” xülyasını ermənisayağı üsulla zaman-zaman gərçəkləşdirmək məqsədilə vahid proqram əsasında fəaliyyət göstərirlər. Erməni tarixçisi A. Lalayan Daşnaksütyun partiyasının mübarizəsinin məqsədini şərh edərək yazırdı: “Azərbaycandakı Qarabağ, Naxçıvan, Gürcüstandakı Borçalı, Axıska, Axalkələk torpaqlarını məhv etmək və Türkiyənin Şərqi Anadolu, lap Aralıq dənizinədək ərazisini qopartmaqla nəhəng müstəqil Ermənistan yaratmaq… Eyni zamanda Bakı şəhəri erməniləşdirilərək ona “Bakunaker” adı verilməlidir…”

Qondarma erməni soyqırımı ilə bağlı Yenicag.az-ın suallarını siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev cavablandırıb:

Kilsə faktoru:

Erməni Qriqorian kilsəsi, dini vəzifələri yerinə yetirməklə yanaşı, həm də böyük milli nüfuza malikdir. Məhz bu səbəbdən də, bütün tarixi dövrlərdə erməni cəmiyyətinin həyatında aktiv rol oynayıb. Katolik və Protestant ermənilərə də qarşı çıxan Qriqorian kilsəsinin ruhaniləri, həmvətənlərinə münasibətdə zaman-zaman qəddar davranıb, kilsəyə və camaata kömək üçün toplanan pulları öz çirkin niyyətlərini həyata keçirmək üçün istifadə ediblər”. Xristianlığı qəbul etdikdən bir müddət sonra vahid xristian kilsəsindən üz döndərən ermənilər  monofizitlərin tərəfinə keçdilər və özlərinin əlahiddə Qriqorian kilsəsini yaratdılar. Bu kilsə, artıq erməni dövlətinin mövcud olmadığı şəraitdə, erməni icmalarının təkcə dini deyil, eyni zamanda siyasi himayəçisi funksiyasını da yerinə yetirməyə başladı. Kilsənin idarə etdiyi ermənilər bu vaxtdan başlayaraq öz mövqelərini qoruyub saxlamaq və təcavüzkar məqsədlərinə nail olmaq üçün şəraitin dəyişməsindən istifadə edərək, başqa sözlə “küləyin istiqamətindən” asılı olaraq həmişə daha güclü xarici qüvvəyə sığınmaq yolunu tutdular.

Patriarx Varjabedyanın 1878-ci ildə Mançester Erməni Komitəsinin başçısı Qaragin Papazyana göndərdiyi məktuba nəzər salaq:

“Siyasətimiz Rusiyaya minnət borclu qalaraq İngiltərədən ümid və İngiltərə sayəsində mənəvi və maddi sahədə rifahımızı təmin etməkdir. Bu rifahı ancaq Ermənistanda milli bir müstəqilliklə əldə edə bilərik. Bu söz bəzilərini çaşdırmasın, bizim düsturumuz budur: “Ermənistanın ermənilər tərəfindən idarəsi”. Məhz bunun nəticəsi idi ki, 20 İyun 1890-ci ildə Ərzurumda Saint Asalyan Kilsəsində axtarışa  gələn Osmanlı əsgərlərinə atəş açıldı və iki zabitlə bir əsgər öldürüldü. Edilən axtarışda isə Rusya istehsalı olan silah, sursat və bombalar kilsədən tapılıb. Məlum olub ki, bütün erməni kilsələrinin anbarlarında Rusiyadan hədiyyə olaraq verilən silahlar gizlədilib. 5000 dən çox silah, 300-ə yaxın bomba, 40 kq bomba fitili, 200 paket dinamit və 5.000 ədəd dinamit hazırlayan materiallar bir gündə aşkarlanıb. Erməni terrorizminin inkişafında və çiçəklənməsində erməni Qriqorian və Ortodoks kilsələrinin xidmətləri böyükdür. 1808-ci ildə çar I Aleksandr (1801-1825) ruslara kömək məqsədi ilə apardığı casusluq fəaliyyətinə görə erməni kilsəsinin katolikosu Danieli birinci dərəcəli Müqəddəs Anna ordeni ilə təltif etdi. Ruslar qərbə hücum edib Osmanlı torpaqlarının dərinliklərinə irəliləyəndə də erməni kilsəsi daim onlara kömək edir və ardıcıl olaraq rusların onları “müsəlman zülmündən” xilas etməsinə səsləyirdi. Xristian erməniləri ilə müsəlman Osmanlıları arasındakı nifrətin artmasının kökləri erməni kilsəsinin fəaliyyəti və cəhdləri ilə bağlıdır. Hər halda, ruslar Osmanlı torpaqlarını zəbt edən kimi erməni kilsəsi ilə birlikdə işləyərək oradakı müsəlman əhalini kompensasiya ödəmədən qovmuş, keçmiş müsəlman evlərinə və torpaqlarına erməniləri köçürmüşdür.

Erməni burjuaziyasının və terrorçu şəbəkənin özünü təsdiqə doğru ilk addımları, təbiidir ki, ruhanilərin hökmranlığının məhdudlaşdırılmasına doğru yönəldildi; o, şəhər sənətkarlarına arxalanaraq kilsəni, əsas etibarilə Konstantinopol patriarxını və patriarxatlığı dünyəviləşdirmək uğrunda mübarizəyə başladı. Bu mübarizə müvəffəqiyyətlə nəticələndi: patriarxatlıqda və kilsə mərkəzlərində yaradılmış “erməni nümayəndəliyi” adlı təşkilatda ruhanilər və maliyyə burjuaziyası ilə yanaşı, orta burjuaziya da yer aldı. Maliyyə, ədliyyə və maarif işlərinə həmin nümayəndəlik baxırdı. Erməni terror təşkilatlarının maddi bazası da bu nümayəndəlikdən dəstək alırdı. 1915-ci il fevralın ortalarında erməni daşnak terrorçu təşkilatı otuz nəfər üzvü olan müharibə qərargahı yaratdı. Bu terrorçu müharibə komandanlığına Qarahisardakı erməni kilsəsinin keşişi başçılıq edirdi.

– Bəs uydurma erməni soyqırımı məsələsi necə yaranıb?

Tarixən məlumdur ki, “erməni məsələsi” Şərq məsələsinin tərkib hissəsi kimi meydana gəlib və böyük dövlətlər özlərinin işğalçı məqsədlərini həyata keçirmək üçün onlardan bir vasitə kimi istifadə ediblər. Şərq məsələsinin mahiyyəti isə Osmanlı imperiyasının torpaqlarının bölüşdürülməsindən, Türkiyənin bir dövlət kimi məhv edilməsindən, Türkiyənin torpaqları hesabına erməni bufer dövlətinin yaradılmasından ibarət idi. Habelə həmin məsələ Şərqə yiyələnmək uğrunda çar Rusiyası və Qərb dövlətləri arasında beynəlxalq münaqişələrin ifadəsi, Şərq xalqlarına qarşı işğalçılıq planlarının təzahürü idi. Bu siyasətin həyata keçirilməsi üçün ermənilərdən istifadə edildi. Beləcə Türkiyə ərazisində yaşayan ermənilər başlıca hədəf seçildi. Birinci dünya müharibəsi zamanı Antanta dövlətləri Almaniyanın tərəfində çıxış edən Türkiyəyə təzyiq göstərməyə başladılar. Bu təzyiq getdikcə gücləndi, hətta, 1914–cü il oktyabrın 29–da Rusiya Türkiyəyə müharibə elan etdi. Belə bir vaxtda Türkiyə ərazisində yaşayan ermənilər böyük ordu yaradıb, Rusiyanın köməyi ilə silahlanaraq hər yerdə türkləri qırmağa başladılar. Erməni silahlı dəstələri türkləri qəddarcasına doğrayır, tonqallarda yandırır, gözlərini çıxarır, başlarının dərisini soyur, körpələri nizəyə keçirirdilər. Ermənilərin bu vandalizmi nəticəsində 600 min türk öldürüldü. Təbii ki, Türkiyənin başı müharibəyə qarışdığı üçün daxildəki proseslər diqqətdən kənarda qalmışdı. Sonradan hadisələrin gedişatını izləyən Türkiyə dövləti və türk hərbi komandanlığı erməni cəlladlarına cavab vermək məcburiyyətində qaldı. 200 min erməni Türkiyədən ölkənin cənub hissələrinə, o cümlədən İraq, Suriya və digər yerlərə köçürüldü. Köçürülən ermənilərin bir hissəsi Qarabağda, Qərbi Azərbaycanda (indiki Ermənistanda), Bakıda məskunlaşdırıldı. Göründüyü kimi, baş verən qırğınların başlıca günahkarı ermənilər, daha çox ölən isə türklər olub. Ancaq zaman keçdikcə ermənilər tarixi faktları saxtalaşdıraraq, ölən ermənilərin sayını süni surətdə şişirdərək əvvəlcə 600 minə, sonra 800 minə, daha sonra isə 1,5 milyona qaldırıblar. Halbuki 1914–cü ildə Türkiyə ərazisində cəmi 1,294,851 erməni yaşamışdır ki, bu da ümumi əhalinin (18,520,016) cəmi 6,9 faizini təşkil edirdi.

Əsas göstərişlər Moskvadan, Peterburqdan verilirdi. 1914-cü il sentyabrın 20-də 760 nömrəli teleqramında Vorontsov erməni silahlı dəstələrin yaradılması barədə Sazanova raport edirdi və konkret hazırlandığı yerləri və rəhbərlərini göstərirdi. Teleqramda aydın şəkildə göstərilirdi- erməni silahlı dəstələri Poltda, Sarıqamışda, Kağızmanda və İğdırda rus hərbi rəislərinin, Azərbaycanda (orda Cənubi Azərbaycan nəzərdə tutulurdu) konsul, general Voroponovun, Makudakı konsul Orlovun, Urmiyadakı konsul Vedenskinin və konsul Andreyevskinin rəhbərliyi ilə hazırlanır. Bunlar tarixi sənədlərdir. 1914-cü il sentyabrın 23-də 4180 nömrəli teleqramında general Yanoşkeviç Sazanova yazırdı ki, Çar II Nikolay bu təkliflərin hamısı ilə razıdır. Beləliklə, Osmanlı ilə Çar Rusiyası müharibəyə girdikdən sonra erməni silahlı dəstələri dinc türk əhalisini arxadan vurdular. Bir tərəfdən həmin ərazidə yaşayan ermənilər hökümətə qarşı qiyam qaldırdılar, digər tərəfdən də imperatorluğun hər yerində yaradılan erməni silahlı dəstələri dinc insanlara divan tutmağa başlamışdılar.

Qəribədir ki, həmin casus erməni silahlıları gecələr evlərə basqın edir, dinc əhalini öldürür, gündüzlər isə özlərinin hərbi alaylarına çəkilirdilər. Bu gizli taktiki əməliyyatları müəyyənləşdirmək isə Osmanlı dövləti üçün xeyli çətinlik yaradırdı.

Əslində Osmanlı hökuməti ermənilərin bu təxribatçı fəaliyyəti barədə xəbərdar idi və buna görə də Ənvər paşa erməni patriarxını çağıraraq ona: “… ermənilərə sədaqət bəslənildiyi bir durumda, onların (ermənilərin) müsəlmanlara və Osmanlı dövlətinə zərər verdiklərini, patriarxın onlara nəsihət verməsini, əks halda və nəticə çıxarmayacağı təqdirdə ən ciddi əsgəri tədbirlərin alınacağını və qəti addımın atılacağını”, söyləyib. Ancaq ermənilər öncədən hansı şəkildə hərəkət edəcəklərini qərarlaşdırdıqları üçün bu tədbirlərin heç bir faydası olmadı.

– Osmanlı höküməti hansı addım atdı?

– 1914–cü il avqustun əvvəllərində Osmanlı hökuməti səfərbərlik haqqında qərar verdi. Hökumətin bu zəruri tədbirinə zidd olaraq erməni liderləri öz murdar əməllərini həyata keçirmək üçün erməni alaylarına şifrəli təlimatlar göndərərək əks hücuma başlamaq tapşırığı aldılar. Bu vaxt Eçmiədzin katalikosu Kevork Rusiyanın Qafqazda baş valisi Vorontsov–Daşkova müraciətlə ermənilərin Rusiya tərəfindən himayəsini istəyərək Osmanlı dövlətinə qarşı savaşacaqlarını söyləyib. Vorontsov–Daşkov isə işğal ediləcək Osmanlı torpaqlarında (altı vilayət) bir Erməni dövlətinin Rusiya tərəfindən tanınacağını elan edib. Rusiya çarı II Nikolay da eyni vədi verib və ermənilərin ruslarla birlikdə türklərə qarşı vuruşması barədə bəyannamə elan edib. “Daşnaksutyun” partiyası erməniləri silahlanmağa, yeni bir Ermənistanın yaradılması vaxtının çatmasına, bu yolda Rusiyanın köməyinə bel bağlamağa, Türkiyə əleyhinə silaha sarılmağa dair şüarlarla çıxışlara başlayaraq ədavəti qızışdırdı.

– Ermənilər aktiv fəaliyyətə haradan başladılar?

– Erməni silahlı dəstələrinin ilk çıxışları Zeytunda başlandı (17 avqust 1914–cü il) və getdikcə genişləndi. Erməni hərbçiləri Anadoluda və Qafqazda türklərə qarşı görünməmiş vəhşiliklərə başladılar. Yüz minlərlə müsəlmanı, qoca, uşaq, qadın, qız, xəstə və əlil olanları sistemli şəkildə qətlə yetirdilər. Cəbhədən dönən yaralı türk əsgərlərini amansızcasına öldürdülər. Osmanlı ordusunu arxadan vuraraq, köməyə gələn bütün ehtiyat yollarını bağladılar. Rəsmi dövlət dairələrinə hücum edərək, ictimai binalara erməni mühafizə dəstələri yerləşdirmişdilər. Kimliyindən asılı olmayaraq ermənilərin bu vəhşi əməllərinə şərik olmayan hər kəs öldürülürdü. Zeytun, Kayseri, Bitlis, Sivas, Trabzon, Ankara, Adana, Urfa, İzmir, Bursa və daha bir çox yerlərdə ermənilər ağıla gəlməyəcək vəhşiliklər törədiblər. Bu dövrdə Osmanlı dövləti çox ağır günlər yaşayırdı.

Beləliklə, türklərin kütləvi şəkildə məhv edilməsi Osmanlı dövlətini çıxış yolu axtarmağa, ciddi və qəti hərəkət edərək əks tədbirlər görməyə məcbur etdi. Bu zaman 180 min erməni yaraqlısı rus qoşunu tərkibində Türkiyənin dinc əhalisini amansızcasına qırır və onları məhv edirdi.

– Hansı qərar qəbul edildi?

– Təbii ki, erməni silahlı dəstələrinin türklərə vurduğu ağır zərbələr və günahsız türk əhalisinin kütləvi məhvi, habelə ermənilərin yaşadıqları bu dövlətə xəyanəti Türkiyə dövlətini ciddi qərarlar qəbul etməyə məcbur etdi. Buna görə də 1915–ci il aprelin 24–də Türkiyənin daxili işlər naziri Tələt paşa İstanbul və digər böyük şəhərlərdə erməni komitələrinin təcili bağlanması, millətçi erməni rəhbərlərinin həbsi və sənədlərinin müsadirəsi haqqında əmr verdi. Nəticədə 600 nəfər həbs edildi. Bundan sonra 1915–ci il mayın 30–da döyüş bölgəsində yerləşən ermənilərin daha təhlükəsiz yerlərə köçürülməsi barədə çox ədalətli və humanist bir fərman da verildi. 14 valiyə göndərilən fərmanın qısa müddətdə həyata keçirilməsi tapşırıldı. Fərmana əsasən köçürülən ermənilər üçün hər cür şərait yaradıldı. Hətta əmlakını aparmaq istəməyənlər onu pulla sata bilərdilər. Mənbələrdən məlum olur ki, köçürülən ermənilərin çoxu könüllü olaraq sonradan xarici ölkələrə mühacirət etmişdi.

Hüquqi qiymət:

Fransa və Böyük Britaniya Osmanlı İmperiyasında “Müharibə əsirləri ilə pis rəftar və ermənilərə qarşı qırğınlara görə” təhqiqatlar aparıb, 147 məmur və yüksək rütbəli zabit 1919-1921-ci illərdə Malta adasına sürgün edilib və Böyük Britaniyanın qanunları əsasında onların üzərində mühakimə qurulub. Mühakiməni əsasən İngiltərənin baş prokurorluğu aparıb və Maltadakı Türk məhbuslara aşağıdakı ittihamlar irəli sürlmüşdür:

1. Sülh şərtlərinə tabe olmamaq (Mudros anlaşması bəndlərinə).
2. Bu şərtlərin yerinə yetirilməsinə mane olmaq.
3. İngilis komandirlərinə və zabitlərinə nalayiq hərəkət etmək.
4. Əsirlərə pis münasibət göstərmək.
5. Türkiyədə və Transqafqazda ermənilərə və digər əsillərə zülm etmək.
6. Talançılıqda iştirak etmək, mülkiyyətə ziyan vurmaq və s.
7. Müharibə qanun və qaydalarını başqa hər hansı bir formada pozmaq.

Konkret 56 nəfərə qarşı isə “Osmanlı Xristianlarına qarşı qırğın törətmək” ittihamı cinayət işi açılır. Daha açığı, bu adamların guya erməniləri öldürdüyü ittihamı irəli sürülür. Amma bu iddianı təsdiqləyəcək bir cinayət əməli, bir hadisə göstərilməyib. Bütün yazılanlar havada qalan, təbliğat xarakteri daşıyan sözlər olduğu üçün məhkəmə tərəfindən ciddi qəbul edilməyib. Ermənilər və onlara havadar olan Fransa, İngiltərə Xarici İşlər Nazirliyindən və Kral Prokurorluğundan Maltadakı məhbus Türklər əleyhinə “hüquqi deyil, siyasi bir qərar verilməsini” istəyirdi. Məqsəd bu qərara saxtakarlıq edilməsi, məhbusların azad olunmaması və ermənilərin “soyqrıma” məruz qalmasını təsdiq etmək idi. Lakin Xarici işlər naziri lord Kerzon və Baş Prokurorluq hüquq çərçivəsi daxilində işlərin aparılacağını bildirdi və heç bir təyziqlə istintaqın qərarının dəyişməsinə razı olmadı. 32 ay davam edən məhkəmədə həmin şəxslərə bəraət verilib və erməni əhalisinə qarşı cinayət törədilməməsi qənaətinə gəlinib. 29 iyul 1921-ci ildə belə qərar verilib:

“Bu günə qədər, məhbuslar əleyhinə keçirilmiş ittihamların doğruluğuna şahidlik edən ciddi bir şəxs tapılmyıb. Müttəhimlərin əleyhinə ittihamların Ədliyyə Məhkəməsi tərəfindən yetərli hüquqi fakt kimi qəbul edilməsi imkansız görünür. İngilis Kral Baş prokurorluğu “kütləvi öldürmə” iddiası ilə bağlı hüquq məhkəməsində yeni dava açmağa kifayət qədər sübut olmadığına, əldə olan sənəd və məlumatların ittihamlar üçün hüquq məhkəməsində sübut dəyəri olmadığı, ona görə də kimsənin bir hüquq məhkəməsi qarşısında cəzalandırılmasının mümkün olmayacağını qərara alır”.

Maltaya sürgün edilib ittiham edilənlər, nəhayət, Atatürk sayəsində xilas olunublar. Sürgün illəri onlar üçün bir xatirə olaraq qalır. Bir-iki il ailələrindən ayrı, dövlət işlərindən uzaq, şəxsi azadlıqdan məhrum olaraq keçiriblər, çətinlik çəkiblər. Onlar sonra İngiltərə hökumətinə qarşı təzminat davası açsalar da, nəticə əldə edilməyib.

Soyqırım uydurması

– “Soyqırım uydurması” onların erməni olmalarının əsas dəlili sayılmaqla, erməniləri bir arada saxlamaq üçün yeganə vasitədir. ABŞ – Türkiyə və paralel olaraq ABŞ – Azərbaycan münasibətlərində ciddi dəyişikliklər yarada biləcək uydurma soyqırımın əsl mahiyyəti nədən ibarətdir?

– Gəlin, bu suala cavab axtarmağa çalışaq. Dünya ermənilərinin milli kimliyi, birliyi üçün xristian dinindən də önəmli olan uydurma soyqırımı iddiaları “erməni məsələsi”nin bir qoludur. Bu məsələ əsasən erməni diasporu arasında ideoloqları tərəfindən ciddi təbliğ edilir. Çoxsaylı təşkilatların, siyasi partiyaların və hərəkatların təmsil olunduğu erməni diasporunu türk tədqiqatçısı Erdal İlter altı qrupa bölür. Bu qruplara özləri və ya valideynləri bir və daha çox ölkədə yaşamalı olanlar, ana vətənləri ilə əlaqəli ortaq bir xatirə, mifoloji anım daşıyıcıları, məskunlaşdıqları ölkələrin ictimaiyyəti tərəfindən tam olaraq qəbul edilməyənlər, ana vətənlərini əsas yurd kimi qəbul edib, müvafiq zamanda oraya qayıtmağı düşünənlər, müxtəlif vasitələrlə vətənlə əlaqə quraraq, öz köməkliklərini göstərənlər, geri dönmək istəməyərək vətənə nostalji hisslərlə bağlananlar. Bu altı qrupu səciyyələndirən cəhətlər erməni diasporu nümayəndələrinə xas olan əsas xüsusiyyətlər olmaqla onların iç üzlərini, məkrli məqsədlərini gizlətmək üçün əlverişli variantdır. Məhz diasporda uydurma soyqırımın təbliğ edilməsində erməni ideoloqlarının xüsusi maraqları var. Soyqırım uydurması ermənilərin erməni olmalarının əsas dəlili sayılmaqla erməniləri bir arada saxlamaq üçün yeganə vasitədir. ABŞ, Rusiya, Avropa və Asiya ölkələrində güclü təsiri olan “soyqırım” uydurması buradakı ermənilərin fəaliyyətini, bir növ, tənzimləyir. Ermənilərin yaşadıqları hər yerdə “soyqırım”la əlaqəli bir çox “xatirələr” var. Bunu onların sahib olduqları ticari xidmət, şəxsi biznes obyektlərində də görmək olar. Ermənilər dükanlarına, köşklərinə, yeməkxanalarına, məktəbə, kilsəyə və digər yerlərə “Genosid”, “Ararat”, “Ermənistan” adları verirlər.

– Alimlər nə deyir?

– İngilis yazıçısı və publisisti S.F.Dikson-Conson tərəfindən 1916-cı ildə yazılmış “Ermənilər” kitabında “erməni genosidi” barədə ermənilərin özlərinin uydurduğu əfsanələri puça çıxarılır. O, qeyd edir ki, “Qərb aləmində erməni məsələsini şişirtməyin başqa bir üzü vardır – o da hakimiyyət üçün yeni bir fürsətdir”. O əlavə edir ki, ermənilərə üz vermiş ağır çətinliklərin, faciələrə gətirib çıxara biləcəyinin günahı, onları anlamadıqları işə təhrik edənlərin üzərinə düşür.”

İrland mənşəli ABŞ tarixçisi Semyuel Vimsin “Ermənistan: Böyük yalan. Xristian-terrorist dövlətinin tapmacası” kitabı artıq dünyada əks-səda yaradıb. Kitabda erməni xalqının terrorçu millət, Ermənistanın isə on böyük miqdarda maddi yardımı idxal, terrorçunu isə ixrac edən ölkə olduğu sübut olunur. Kitabda qeyd olunur ki, “müasir erməni terrorizmi iki əsas səbəbə görə inkişaf edir: birincisi, 1890-cı ildən etibarən erməni kilsəsi terrorizmə yardım edir. İkinci səbəbi isə bu ölkədə mövcud olan siyasi quruluşla bağlıdır”.

2009-cu ildə Türkiyədə İstanbul Universitetinin tarix fakültəsinin müəllimi Mehmet Perincəkin Rusiya Silahlı Qüvvələri Baş Qərargahının arxivindən əldə etdiyi kitab şəklində nəşr olunan hesabatında da erməni soyqırımından bəhs edilir. Məcmuəni türk dilinə tərcümə edən M.Perincək bildirib ki, general Bolxovotinov Baş Qərargaha göndərdiyi hesabatda Anadoluda ermənilərin Osmanlı dövlətinə qarşı üsyan edərək törətdikləri vəhşilikləri sənədlərlə ortaya qoyub: “Bu sənəd Türkiyənin böhtanlara qarşı mübarizəsində nə dərəcədə haqlı olduğunu ortaya qoymaqdadır. Biz ilk dəfə bu kitabda bir çox tarixi fotolardan da istifadə etmişik. O fotolarda erməni quldurların türklərə qarşı soyqırım törətməsi əksini tapıb”.

Türkiyə ermənilərinin tanınmış simalarından olan tarixçi-yazar Levon Panos Dabağyan da “erməni soyqırımının” yalan olduğunu inkar etmir. O, fikirlərini sadəcə deklarativ şəkildə deyil, tarixi tədqiqatlar nəticəsində əldə olunan faktlarla da izah edir. Türkiyədə tarix boyu ermənilərə qarşı hər hansı soyqırım olmadığını vurğulayan Dabağyan bu xüsusda səslənən bütün bəyanatların tarixi gerçəyə deyil, siyasi maraqlara dayandığını söyləyir: “Heç kəs inkar etmir ki, Birinci Dünya Müharibəsi dövründə Türkiyədə yaşamış ermənilərə qarşı deportasiya həyata keçirilib. Lakin Türkiyə tarixində ermənilərə qarşı soyqırım qəti şəkildə olmayıb”.

Birinci Dünya Müharibəsi illərində Osmanlı torpaqlarında yaşayan ermənilərin sayı bəzi xarici mənəblərdə aşağıdakı kimi göstərilmişdir:

Erməni patrikliyinə görə 2,5 milyon
Lozanna Konfransı erməni heyətinə görə 2,2 milyon
Fransız Sarı Kitabına görə 1,5 milyon
Britannikaya görə 1,5 milyon
İngilis illik statistikasına görə 1 milyon
Osmanlı dövləti rəsmi sənədlərinə görə ölkədəki ermənilərin sayı bu cür olmuşdur:
1893 Siyahıyaalmasına görə 1,001,465
1906 Siyahıyaalmasına görə 1,120,748
1914 Siyahıyaalmasına görə 1,221,850.

Çox maraqlı faktlardan biri də odur ki, xarici ölkələrin arxivlərində ciddi mühafizə edilən materiallarından aydın olur ki, Türkiyə hökumətinin sürgün qərarı cəmi 500 min ermənini əhatə edib.

9 iyun 1915-ci ildən 8 fevral 1916-cı ilə qədər Anadolunun müxtəlif bölgələrindən Təhcir-Köçürülmə qanuna əsasən köçürülənlərin sayı belədir:

438 min 758 nəfər toplanıb, bunlardan 382 min 148-i isə yeni yaşayış yerlərinə sağ çatdırılıb. 56 min 610 nəfərin ölümünün səbəbi isə sənədlərdən əldə edilən məlumatlara görə, aşağıdakı şəkildə ortaya çıxıb:

500 nəfər Ərzurum-Ərzincan arasında;
2 min nəfər Urfa Hələb yolunda;
2 min nəfər Mardin ətrafında quldurlar və ərəb qəbilələrinin hücumu nəticəsində qətlə yetirilib, 5 min nəfərdən çoxu da Dərsim bölgəsindən keçərkən erməni və kürd basqınçıları tərəfindən öldürülüb.

Bəhs edilən dövrdə Osmanlı ordusunda xidmət edən ermənilərdən 50 mininin rus ordusuna qoşulduğu, türklərlə savaşmaq üçün 50 min erməninin də Amerikan ordusunda üç-dörd illik təlim keçdiyi ilə bağlı dəlillər mövcuddur. Eyni zamanda müxtəlif erməni nümayəndələrinin tərəfindən etiraf edilən Osmanlı ermənilərindən 500 minlə 1 milyona qədərinin Avropa, Amerika və Çar imperiyası ərazilərinə qaçdığı barədə yazılı məlumatlar vardır. Bu halda ermənilərin iddia etdiyi kimi bir “erməni soyqırımı” və ya 2-3 milyon erməninin məhv edilməsi mümkün deyildir.

Səxavət Məmməd

COP29