Efirə çıxmaq üçün telekanallardan qonorar tələb edən və istədiyi qonorarı almayana qədər verilişlərə getməkdən imtina edən müğənni Xatirə İslam sona qədər sözünün üstündə dura bilməyib.
Yenicag.az xəbər verir ki, bir ilə yaxındır ki, verdiyi sözə əməl edərək efirlərə çıxmayan Xatirə vədini pozub.
Sənətçi efirə çıxıb, amma qonorarsız. O, verilişdə bunun səbəbini belə açıqlayıb:
“Vaxtilə mənim qonorarla bağlı söylədiyim fikirlər birmənalı qarşılanmadı. Amma bütün dünya ölkələrində belədir. Bu gün verilişə gəldim, özü də könüllü. Biz müğənniyik, toylara da gedirik və təbii ki, müəyyən qonorarın müqabilində. Amma ürəyim istəyən adamlar olur ki, qonorarsız da toylarına gedirəm. Eləcə də illərlə dostluq etdiyim aparıcılar var. Ürəyim istəyəndə onların verilişinə çıxacam. Bu gün də ürəyim istədi, verilişə gəldim”.
Qeyd edək ki, Xatirə ilk olaraq Kazım Sübhanın “Özəl” verilişində iştirak edib.
Nehru