İran körfəzində yerləşən Qeşm adasının hava limanında rekord temperatur qeydə alınıb.
Yenicag.az Metbuat.az-a istinadən xəbər verir ki, sözügedən ərazidə temperatur 81 dərəcə olub. Bu barədə İran Meteorologiya Mərkəzi məlumat paylaşıb.
Bildirilir ki, yüksək temperatur nəticəsində həyat iflic olub. Çox sayda insanın halı pisləşib, iş yerləri və ictimai nəqliyyatın fəaliyyətində problemlər müşahidə edilib.