!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qonşu ölkədə avtomobillərin hərəkəti tam qadağan olundu

!Reklam – Yazi

Gürcüstanda koronavirusun yayılmasının qarşısının alınması üçün ölkə ərazisində taksi də daxil olmaqla minik avtomobilləri ilə hərəkət tam qadağan olunub.

Yenicag.az xəbər verir ki, saat 12:00-da tətbiqinə başlanılan qadağa aprelin 21-dək (daxil olmaqla) qüvvədə qalacaq.

Qadağa yük daşımaları və ticarət obyektlərini məhsullarla təmin edən nəqliyyat vasitələrinə aid edilmir. Motosiklet, moped və velosipedlə hərəkətə də icazə verilir.

Bu gündən digər tələb və məhdudiyyətlərin də tətbiqinə başlanılıb. Gürcüstanda ictimai qapalı yerlərdə tibbi maskadan istifadə artıq məcburi olub. Qaydanın yerinə yetirilməsinə görə məsuliyyəti hüquqi şəxslər daşıyır. Əks halda şirkətlərə 15 min lari (4 770 ABŞ dolları) məbləğində cərimə tətbiq olunacaq.

Digər qərar ilə bu gündən Tbilisi də daxil olmaqla bütün iri şəhərlərdə qəbirstanlıqlar ziyarət üçün 10 gün müddətinə bağlanılıb./Report/

www.yenicag.az

559
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv