Qonşu ölkədə BAHALAŞMA: ərzaq, geyim…

2019-cu ilin oktyabr ayında qonşu ölkə Gürcüstanda illik inflyasiya 6,9%-ə bərabər olub.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin (GEOSTAT) hesabatında məlumat verilib. Bildirilib ki, inflyasiya dərəcəsi ilə əlaqədar olaraq bu ölkədə orta hesabla 4.7% bahalaşma qeydə alınıb. Aylıq inflyasiya göstəricisi tütünsüz 0,8% təşkil edib.İllik müqayisədə qiymətlər 6,2% artıb.

Bahalaşma daha çox qida məhsulları və alkoqolsuz içkilərdə özünü göstərib. Bu qrup üzrə qiymət artımı ümumilikdə 13.5% təşkil edib. Hesabat dövrü ərzində Gürcüstanda meyvə 26.9%, süd məhsulları və yumurta 16%, balıq 15.8%, ət 14.7%, şəkər, bal, şokolad və şirniyyat qiymətləri 13.7%, tərəvəz 12.4 faiz, çörək 11% bahalaşıb.

Geyim və ayaqqabı qrupunda qiymətlər 5,9% artıb. Geyimlər 3,9%, ayaqqabılar isə 10,9% bahalaşıb.

İllik inflyasiyaya gəlincə, ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 13,5%, alkoqollu içkilər və tütünün qiyməti 13,8%, nəqliyyat xərcləri 3%, istirahət xərcləri 7,3%, restoran və mehmanxana xərcləri isə 6,9% artıb.

COP29