Qonşu ölkədə benzin bahalaşdı

İran hökuməti noyabrın 15-dən benzinin qiymətini qaldırmaqla pərakəndə satışına kvotalar tətbiq edib.

Yenicag.az xəbər verir ki, Milli İran Neft Məhsulları Paylanması Şirkətinin (NİOPDC) açıqlamasına görə, bundan belə fərdi nəqliyyat vasitə sahibləri ayda 60 litr, iki yanacaqla işləyən avtomobil sahibləri 30 litr, fərdi sərnişin daşımaları ilə məşğul olanlar üçün müvafiq olaraq 400 litr və 200 litr, motosikl sahibləri 25 litr ala bilər. Kvota çərçivəsində benzinin qiyməti 50 faiz artırılaraq 15 min rial (0,13 ABŞ dollarına yaxın), kvotaya əlavə satılan benzinin isə 30 min rial müəyyənləşdirilib.

Neft emalındakı çətinliklər ucbatından ötən ilin payızınadək benzini idxal edən İranın neft naziri Bijən Namidar Zəncənə bu ilin əvvəlində benzin qıtlığına son qoyulduğunu, idxalına lüzum olmadığını, hətta benzin ixracına belə başlaya biləcəklərini açıqlamışdı./Report/

COP29