İranın Yəzd əyalətində 4.2 bal gücündə zəlzələ olub.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələ yerin 20 kilometr dərinliyində baş verib.
Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.
Qeyd edək ki, bu gün İranın Fars əyalətində 5.4 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar nəticəsində xəsarət alan olmasa da, 15 kənddə evlərə ziyan dəyib.