Qonşu ölkədə DAŞQIN – Ölən və yaralananlar var

İranın cənubunda güclü yağış və daşqınlar nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb.

Yenicag.az xəbər verir ki, ötən 24 saat ərzində İranın Hörmüzqan, Fars və Sistan və Bəlucistan əyalətlərində güclü yağışlar daşqınlara səbəb olub.

Daşqınlar nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.